“Supertoys”dan yanğınla bağlı AÇIQLAMA

Hazırda oxunan: “Supertoys”dan yanğınla bağlı AÇIQLAMA

266855

“Supertoys” MMC bəzi KİV-lərdə yayılan məlumatlara rəsmi aydınlıq gətirib.

Bizim.Media xəbər verir ki, Qafqazinfo-ya şirkətdən verilən məlumata görə, bu gün yanğın baş verən ərazidə “Supertoys” MMC-nin anbarından əlavə 10-a yaxın digər şirkətlərə məxsus anbarlar fəaliyyət göstərirdi.

Məlumatda bildirilir ki,yanğın digər anbardan başlayıb və “Supertoys” anbarı da zərər çəkənlər arasında olub.

“Hazırda müvafiq qurumlar tərəfindən araşdırma aparılır. Yaxın zamanda yanğının baş vermə səbəbi dəqiq açıqlanacaq və hüquqi rəy veriləcəkdir. Məlumat üçün bildirək ki, “Supertoys” MMC-nin bu anbardan əlavə 6 anbarı müxtəlif ərazilərdə fəaliyyət göstərir. Məhsullar da anbarlarda bölgü üzrə paylanılıb”.

Şirkət rəsmi olaraq bildirir ki,müştərilərə xidmət göstərməkdə heç bir çətinlik olmayacaqdır.

Müştərilər istədikləri məhsulları əvvəlki qaydada “Supertoys” mağazalarından və ya onlayn əldə edə biləcəklər. “Supertoys” mağazalar şəbəkəsi əvvəlki qaydada fəaliyyətini davam etdirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin