xa0Birinci Qarabağ müharibəsindən sonra erməni işğalı altındakıxa0 Əsgəran şəhərində qalmış tək azərbaycanlı Tofiq Əliyevin erməni arvadı avtomobil vurması nəticəsində ölüb.
Moderator.az xəbər verir ki, bu haqda Rusiya mediası məlumat yayıb. Qeyd edək ki,xa0 həmin Tofiq Əliyevxa0 barədəxa0 ötən illər dəxa0 məlumat vermişik. Aldığımız yeni xəbərə görə isə işğal altındakıxa0 torpaqlarımızda sülənən bir neçə erməni qadın fəal sosial şəbəkədə “Taleyin ümidinə qalanlar” adlı qrup yaradıb və ağır vəziyyətdə yaşayan, vaxtilə öz separatçı soydaşlarının aranı qızışdırması nəticəsində Azərbaycanın Bakı, Sumqayıt, Gəncə şəhərlərindən köçmüş erməni ailələri ilə maraqlanmağa başlayıb.xa0

Əsgəranda məskunlaşmış tək azərbaycanlı olduğu deyilən 89 yaşlı Tofiq Əliyevlə görüşən qadınlara məlum olub ki, bu günlərdə onun 63 il bir yerdə yaşadığı erməni arvadı Valexa0 Sarkisyan küçədə avtomobilin altında qalaraq ölüb. Hazırda tənha qalan T.Əliyevə arvadının uzaq qohumları baxır. Məişət vəziyyəti çox ağırdır.xa0 Məlumatdan bəlli olub ki, Tofiq Qarabağ münaqişəsi başlamamışdan öncə Azərbaycanın digər bir şəhərində taksi sürücüsü işləyib. 1966-cı ildə Vale Sarkisyanla(əvvəlki məlumatlarda erməni qadının ad-soyadı Valya Tovmesyan kimi yazılıb-S.L.) evlənib. Sonadək övladları olmayıb. 1988-ci ildə Qarabağdakı separatçı ermənilər baş qaldırdıqdan sonra T.Əliyev arvadı ilə birlikdə öncə Bərdəyə gedib. Orada bir müddət qaldıqdan sonra isə erməni arvadına görə Əsgərana köçməyə qərar verib.xa0 xa0

Əvvəlki xəbərlərdə T.Əliyevin bildirdiyinə görə,xa0 Azərbaycanda onun 7 qardaşı və 2 bacısı olmalıdır. Amma Qarabağ müharibəsi başlayandan sonra onlarla əlaqəsi qırılıb, hansının sağ qaldığını, hansının qalmadığını bilmir. Erməni arvadı özü əslən Əsgəranlı olub. Tək qardaşı 24 yaşında ölüb.xa0
Ermənilərin arasındaxa0 yaşayan,xa0 Ucar rayonunun sakini olması deyilən Tofiq Əliyev onu da bildirib ki, onun Azərbaycanın dövlətimizin nəzarətində olan digər rayon və ya şəhərlərinə getmək fikri yoxdur:
xa0
"Biz Əskərandan gedən deyilik, burda yaşamışıq, burda da öləcəyik. Tək istəyimiz odur ki, sülh olsun, rahatlıq olsun...”

P.S.xa0 Bəhs edilən şəxsin doğrudanxa0 da azərbaycanlı olub-olmadığını dəqiq deyə bilmərik. Bəlkə bu, separatçı ermənilərin özlərini dünyaya "tolerant" sırımaq üçün növbəti dezinformasiyasıdır. Amma onu yaxşı bilirik ki, hazırda Bakıda və digərxa0 şəhər və rayonlarımızda yaşayan erməni arvadlılar bir növ öz xalqına xəyanət edərək Əsgəranda, ermənilərin arasında tənha qalmış bu bədbəxt Tofiq Əliyevdən dəfələrlə yaxşı yaşayır, hətta bir çoxları babat vəzifə sahibidir. Biz xoşbəxtik ki, ermənilərdən daha çox tolerantıq. Nə olsun ki, torpağımız əllərindədir.xa0Eləmi?..xa0
Sultan Laçın





























































































