Köməksiz vəziyyətdə qalan azyaşlı xilas edildi

Hazırda oxunan: Köməksiz vəziyyətdə qalan azyaşlı xilas edildi

266784

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində bir nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən Bizim.Media-ya bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
 

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə mənzilin qapısını açaraq yatmış vəziyyətdə aşkar edilmiş 2015-ci il təvəllüdlü Tağıyev Kinyaz Emin oğlunu valideynlərinə təhvil veriblər.


Bundan əlavə, Səbail rayonu, Əbdülkərim Əlizadə küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının liftində vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Xidmətin xilasediciləri tərəfindən liftin qapısı açılaraq köməksiz vəziyyətdə qalan 2 nəfər xilas edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin