Vətən müharibəsi iştirakçısı qəfil vəfat etdi - FOTO

Hazırda oxunan: Vətən müharibəsi iştirakçısı qəfil vəfat etdi - FOTO

266780

Azərbaycan ordusunun mayoru, Vətən müharibəsi iştirakçısı Fətəliyev Zahir Zakiroviç vəfat edib.

Bizim.Media "Musavat.com"a istinadən xəbər verir ki, mərhum 1985-ci ildə Zığ kəndində anadan olub.
 

Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirəndən sonra 14 il Naxçıvan Muxtar Respublikasında xidmət edib. 44 günlük Vətən Müharibəsində ən gərgin döyüşlərdə iştirak edib, Suqovuşanda minaya düşərək qəlpə yaraları alıb.


20 ildən artıq orduda xidmət edən Z.Fətəliyev Vətən Müharibədindən bir neçə ay sonra otdudan tərxis olunaraq təqaüdə çıxıb.
 

Atası Zakir kişinin dediyinə görə, uzun müddət müalicə alsa da, son günlər vəziyyəti kritikləşib və dünyasını dəyişib.


Mərhum 2 məktəbli oğul atasıdır. Kiçik oğlu da atasının yolunu davam etdirəcək.

Belə ki, bu günlərdə C.Naxçıvanski adına Liseyə qəbul olunub. İki bacının bir qardaşı olan mərhum mayor Zığ qəbristanlığında dəfn olunub.

Allah rəhmət eləsin.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin