Rövşən Binəqədili xəstəxanaya yerləşdirildi

Hazırda oxunan: Rövşən Binəqədili xəstəxanaya yerləşdirildi

266759

Vətən müharibəsi zamanı patriotik mahnıları ilə məşhurlaşan müğənni Rövşən Binəqədili xəstəxanaya yerləşdirilib.

Bizim.Media xəbər verir ki, "Azxeber.com" sənətçinin səhhəti ilə bağlı məlumat almaq üçün onun prodüseri Məmməd Məhərrəmov ilə əlaqə saxlayıb.

Prodüser sənətçinin sağlamlığında ciddi problemlərin olduğunu və əməliyyat keçirdiyini açıqlayıb:
 

"Rövşən bəy bir müddətdir sağlamlığı ilə bağlı ciddi problemlər yaşayır. Mədə xorasından əziyyət çəkir. Eyni zamanda bağırsaqlarında da ciddi narahatlıq var. Əməliyyat olunub, amma 6 ay müddətində müalicəsi davam etməlidir".


Məmməd Məhərrəmov sənətçinin eyni zamanda astma xəstəliyindən də əziyyət çəkdiyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin