Lənkərandakı qətlin TƏFƏRRÜATI: Əfsanə boşanmaq istəyib, lakin... - FOTO

Hazırda oxunan: Lənkərandakı qətlin TƏFƏRRÜATI: Əfsanə boşanmaq istəyib, lakin... - FOTO

266758

Lənkəranda baş verən qətlin bəzi təfərrüatları məlum olub.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, qətlə yetirilən Əfsanə Lələzadənin dayısı bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən həyat yoldaşı Nicat Lələzadə ilə onlar təxminən 5 ilə yaxın ayrı yaşayırdılar.

Əfsanə Nicatdan boşanmaq istəyib, lakin Nicat buna etiraz edib.
 

Onun sözlərinə görə, Nicat səhər saatlarında Əfsanənin evdən çıxmasını gözləyib. Əfsanə dükan qarşısına gəldiyi vaxt aralarında mübahisə düşüb və Nicat özü ilə gətirdiyi bıçaqla ona bir neçə zərbə endirib.


Əfsanə xəstəxanaya çatdırılsa da, həkimə qədər həyatını itirib.


Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin