Lənkəran rayonunun Vel kəndində Bakıdan qonaq gedən qadın faciəli şəkildə həyatını itirib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 1980-ci il təvəllüdlü, üç uşaq anası Tünzalə Hidayət qızı Ələkbərova istirahət məqsədilə tanışının evinə gedib.
O, balkonda dayandığı zaman məhəccərə söykənib. Məhəccərin qopması nəticəsində qadın hündürlükdən yıxılaraq başından ağır xəsarətlər alıb və hadisə yerində dünyasını dəyişib.
Mərhumun meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayonlararası Zona Mərkəzinə təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu