Zaur Məhərrəmov vəfat etdi

Hazırda oxunan: Zaur Məhərrəmov vəfat etdi

266747

Rejissor, ssenarist, kinooperator, Əməkdar incəsənət xadimi Zaur Məhərrəmov 87 yaşında vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Professional Kinorejissorlar Gildiyası məlumat yayıb.

Zaur Məhərrəmovun uzun illərdir yaşadığı və çalışdığı Türkiyədə vəfat etdiyi bildirilib.
 

Qeyd edək ki, Zaur Xasay oğlu Məhərrəmov 1938-ci il yanvarın 28-də Bakıda anadan olub. 1956-cı ildən "Azərbaycanfilm" kinostudiyasında assistent kimi işə başlayıb.


Bir neçə sənədli filmin rejissorudur. "Uşaqlığın son gecəsi", "Dərviş Parisi partladır", "Ad günü", "Uzun ömrün akkordları" və s. bədii filmlərin quruluşçu operatoru olub.
 

80-ci illərin əvvəllərindən rejissor və ssenarist kimi fəaliyyətini davam etdirərək yaradıcılığını sənədli kinoya həsr edib və 1984-cü ildə "Yaddaş" studiyasını yaradaraq, həmin studiyada "Bakı balkonları", "Köç", "Üzeyir Hacıbəyov", "Həbib və Gülxanım" və s. filmlərini ərsəyə gətirib.


Türkiyənin Anadolu Universitetinin kino və televiziya bölməsində müəllim kimi fəaliyyətini davam etdirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin