Bakıda mənzillərin nə qədər bahalaşdığı məlum olub

Hazırda oxunan: Bakıda mənzillərin nə qədər bahalaşdığı məlum olub

266745

“Bakıda mənzil bazarında hazırda qiymət artımı açıq şəkildə müşahidə olunur. 2024-cü ilin müvafiq dövründə orta hesabla ilkin bazarda qiymətlər 14 faiz, təkrar bazarda isə 15 faiz artıb”.

Bizim.Media xəbər verir ki, bu sözləri əmlak məsələri üzrə ekspert Aqil Tağıyev bildirib.

Onun sözlərinə görə, 2025-ci ilin analoji dövründə isə artım daha da sürətlənərək müvafiq olaraq 18–20 faizə çatıb:

“Bu rəqəmlər göstərir ki, bazarda bahalaşma sabit deyil, ildən-ilə daha sürətli artır.
 

Məsələn, bunu kvadratmetrlə ifadə etsək, bir kvadratmetri 2500 manata satılan mənzil hazırda 2875 manatdan təklif edilir. Bu isə orta ölçülü – 70 kvadratmetrlik mənzil üçün əlavə 26 min manatdan çox əlavə xərc deməkdir.


Qiymət artımının əsas səbəbləri arasında tikinti materiallarının bahalaşması xüsusi rol oynayır.

Bundan başqa, əhalinin artan tələbatı və yeni premium tikililərin sayı da qiymətləri yuxarı çəkir. Bütün bu amillər birlikdə bazarda davamlı bahalaşma tendensiyası yaradır”. (Baku.ws)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin