BDU-nun 100 illiyinə həsr olunmuş astrofestival keçirildi -FOTOLAR

Hazırda oxunan: BDU-nun 100 illiyinə həsr olunmuş astrofestival keçirildi -FOTOLAR

266403

Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunmuş astrofestival keçirilib. Bakı Dövlət Universiteti, Təhsil Nazirliyinin Respublika Uşaq Gənclər İnkişaf Mərkəzi (RUGIM) və Tusi Bohm Planetariumun birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Bakı şəhəri məktəbliləri arasında keçirilən “Gələcəyin mühəndisi” müsabiqəsinin iştirakçılarının düzəltdiyi 100 ədəd kosmik gəmi maketləri, kosmik geyimlər və həvəskar astronomların foto sərgisi nümayiş etdirilib.

Müsabiqənin keçirilməsində və sərgidə işlərin təqdim olunmasında əsas məqsəd məktəblilərin astronomik biliklərinin əhatəsinin genişləndirməsi, onların kosmik sənayeyə marağının artırılması, astronomik maarifləndirilmə sahəsində məktəblilərin bu sahə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, məktəblilərin astronomiya dərnəklərində fəal iştirakının təmin edilməsi və onların arasında kosmik mühəndisliyin təbliği, ictimai diqqətin cəlb edilməsidir.

Həvəskar astronomların teleskoplarının da nümayiş etdirildiyi festival iştirakçıların böyük marağına səbəb olub.

//static.bsu.az/w1/10%2004%202019/IMG_0326.JPG
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin