Təhsil naziri Emin Əmrullayev Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə videokonfrans formatında görüşüb.
Təhsil Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, işğaldan azad olunan torpaqlarımızda təhsil sahəsi üzrə tədbirlər planı hazırlanır və yeni yaradılacaq İşçi Qrupu bu istiqamətdə təxirəsalınmaz tədbirlər həyata keçirəcək.
Görüşdə bildirilib ki, bu tarixi zəfərimiz həm də Azərbaycan müəlliminin, Azərbaycan təhsilinin vətəndaş yetişdirmə məfkurəsinin qələbəsi sayılır.
İctimai Şuranın sədri Şahlar Əsgərov da öz növbəsində qələbə münasibətilə hər kəsi təbrik edib, gənclərimizdə milli-mənəvi dəyərlər və Vətənə sadiqlik tərbiyəsinin aşılanmasında məktəblərin rolunu xüsusi qeyd edib.
Videokonfransda İctimai Şura üzvləri gənclərimizin Vətən müharibəsində əsl vətənpərvərlik nümunəsi göstərməsini təhsilalanların bu ruhda tərbiyə edilməsi ilə əlaqələndirib, müharibədən sonrakı dövr ərzində görüləcək işlərlə bağlı rəy və təkliflər səsləndiriblər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:03 / 14.11.2020
Azad olunan torpaqlarımızda təhsil sahəsi üzrə İşçi Qrupu yaradılacaq
Hazırda oxunan: Azad olunan torpaqlarımızda təhsil sahəsi üzrə İşçi Qrupu yaradılacaq
Hazırda oxunan: Azad olunan torpaqlarımızda təhsil sahəsi üzrə İşçi Qrupu yaradılacaq
2664
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.