2016-cı il Şanlı aprel döyüşlərində qəhrəmancasına şəhid olan Silahlı Qüvvələrimizin zabiti, kapitan Mühüd Qurban oğlu Orucovun doğulduğu Qazax rayon Fərəhli kəndində adına Şəhid bulağı tikilərək, xatirə lövhəsi ucaldılıb. Bu şəhidim qardaşı tərəfindən ərsəyə gətirilib. Kəndin girişində tikilən Şəhid bulağı və xatirə lövhəsi sakinlər tərəfindən də yüksək qiymətləndirilib.xa0
Qeyd edək ki, kapitan Mühüd Orucov 1984-cü il iyulun 13-də Qazax rayonun Fərəhli kəndində anadan olub. Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olan hərbçimiz aprelin 12-də doğulduğu kənddə böyük izdihamla dəfn edilib. Şəhidimizin əkiz oğlanları Anar və Vüqar yadigar qalıb.xa0
Mühüd Orucov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “İgidliyə görə” medalı ilə təltif edilib. Bununla yanaşı, “Qarabağa doğru” sənədli filmi kapitan Mühüd Orucov, baş-leytenant Elvin Namazov və əsgər Orxan Əliyevin əziz xatirəsinə həsr olunub.xa0
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!
Vasif Əlihüseyn



































































































