"Bu nəfəsalma texnikası narahatlığı tez bir zamanda azalda bilər"
Bizim.Media xəbər verir ki, bunu psixoloq Pavel Javneryov deyib.
Onun sözlərinə görə "4-7-8" texnikası və Ceykobsonun relaksasiya üsulu kimi metodlar orqanizmi sakitləşdirir və sinir sisteminin gərginliyini azaldır.
Psixoloq əlavə edib ki, bu üsullar yalnız qısamüddətli nəticə verir və narahatlığı köklü şəkildə aradan qaldırmır. Daha uzunmüddətli effekt üçün isə sakitləşdirici dərmanlardan istifadə etmək olar.
Mütəxəssis vurğulayıb ki, əsas hədəf ümumi narahatlıq səviyyəsini azaltmaqdır. Bu halda insan stresli vəziyyətlə qarşılaşanda belə güclü həyəcan yaşamaya bilər. Bunun üçün isə ən təsirli yol - koqnitiv-davranışçı terapiyadır. Bu terapiya insana öz narahatlıq yaradan düşüncələrini izləməyi, onları təhlil etməyi və münasibətini dəyişməyi öyrədir. (milli.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:58 / 19.08.2025
Əsəbləri sakitləşdirən 19 saniyəlik üsul
Hazırda oxunan: Əsəbləri sakitləşdirən 19 saniyəlik üsul
Hazırda oxunan: Əsəbləri sakitləşdirən 19 saniyəlik üsul
265947
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.