"Himnimiz səslənəndə gənclərimiz onu oxumurlar" - Nazir

Hazırda oxunan: "Himnimiz səslənəndə gənclərimiz onu oxumurlar" - Nazir

265667
"Ötən il keçirilən "Formula 1" yarışının açılışında Azərbaycan Dövlət Himni kapella şəklində səsləndirildi. Qonaqların da reaksiyası bu ifaya yaxşı oldu".

Moderator.az xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov deyib. O bildirib ki, dünyanın bir çox ölkəsindən Azərbaycana gələn və himni ilk dəfə eşidən insanlar himnin çox gözəl olduğunu dedilər:xa0

" Sözsüz ki, himnin sözlərini başa düşməsələr də, musiqini çox bəyəndilər. Təəccüblənirəm ki, himnimiz səslənəndə gənclərimiz onu oxumurlar. Həqiqətən də gənclərdə himn səsləndiriləndə vətənpərvərlik, qürur hissi güclü olmalıdır. Odur ki, hər kəs himni bərabər oxunmalıdır. Təkcə bu tədbirdə deyil, eləcə də digər beynəlxalq əhəmiyyətli tədbirlərdə hər birimiz yanımızda dayanan şəxslərə deməliyik ki hamı bir ağızdan oxumalıdır".xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin