Kənd Təsərrüfatı Yarmarkaları təşkil olunmayacaq

Hazırda oxunan: Kənd Təsərrüfatı Yarmarkaları təşkil olunmayacaq

2656

İllərdir paytaxt sakinlərinin həyatına atribut kimi daxil olan kənd təsərrüfatı yarmarkalarını koronavirus pandemiyası ləğv etdi. Amma maraqlı olan odur ki, digər bazarlar fəaliyyətini davam etdirir. Açıq hava şəraitində bu yarmarkaları yenidən bərpa etmək olmazmı kimi suallarla Aqrar Tədarük və Təchizat ASC-nin qapısını döydük.

Qurumun mətbuat katibi Mayis Musayev Bizim.Media-ya bildirdi ki,  koronavirus pandemiyasından əvvəl yarmarkalar paytaxtda 5 ünvanda fəaliyyət göstərirdi.

Həm həftəsonları, həm də bayram günlərində baş tutan yarmarkalar karantin rejimi ilə əlaqədar yoluxma hallarının artmasının qarşısını almaq məqsədilə təxirə salınıb.

Digər səbəb isə sərt karantin rejimi ilə bağlı fermerlərin rayonlardan Bakıya gələ bilməməsidir.

Bu baxımdan yarmarkaların təşkili qeyr-müəyyən vaxta kimi mümkün olmayacaq.

-Bəs paytaxtda mövcud olan bazarlar yarmarkalardan nə qədər fərqlidir ki, onların fəaliyyətinə icazə verilib?

Sualımızla bağlı Operativ Qərərgahdan verilən məlumatda bildirilir ki, bazarlarda artıq tənzimlənmiş sistem var, nəzarət aparılması üçün də struktur formalaşmış haldadır.

Yarmarkalar isə xaotikdir və orda pandemiyanı önləyəcək heç bir iş aparılmır.

Gülşanə Mustafayeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin