Bu tarixdən MİQ üzrə müsabiqənin müsahibə mərhələsi BAŞLAYIR

Hazırda oxunan: Bu tarixdən MİQ üzrə müsabiqənin müsahibə mərhələsi BAŞLAYIR

265513

Müəllimlərin işə qəbulu (MİQ) üzrə avqustun 20-dən etibarən müsahibə mərhələsinə başlanılır.

Bizim.Media xəbər verir ki, bu barədə İnsan Resursları Mərkəzi məlumat yayıb.

Bildirilib ki, ümumilikdə 3957 namizədin dəvət olunduğu müsahibələr avqust ayının 26-dək davam edəcək.
 

Müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq.


Müsahibə mərhələsində uğur qazanan namizədlər ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə çalışmaq imkanı qazanacaqlar.

Qeyd edək ki, namizədlər şəxsi səhifəsində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədlərin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin