Yaponiyadan Azərbaycana idxal olunan 126 kq (360 ədəd) "DR. PEPPER CAN 350G" əmtəə nişanlı və 120 kq (240 ədəd) "GRAPE 500ML" əmtəə nişanlı meyvə ətirli qazlı su məhsullarında benzoy turşusunun kütlə qatılıq miqdarının normadan artıq olduğu aşkarlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində 52.8 kq (120 ədəd) südlü içki, 36 kq (72 ədəd) qazsız təbii su, 22.56 kq (48 ədəd) alkoqolsuz içki, 14.4 kq (18 ədəd) meyvə şirəsi, 24 kq (48 ədəd) "CALPIS THE RICH 490ML" əmtəə nişanlı, 20.64 kq (48 ədəd) "CALPIS BODY CALPIS BIO P430ML" əmtəə nişanlı, 24 kq (48 ədəd) "MITSUYA EXTRA RICH ORANGE SQUASH P500ML" əmtəə nişanlı, 72 kq (144 ədəd) "MITSUYA TOKUNO GRAPE SQUASH 500ML" əmtəə nişanlı, 72 kq (144 ədəd) "MITSUYA TOKUNO PEACH SQUASH P500ML" əmtəə nişanlı alkoqolsuz içki məhsullarının istifadə müddətinin bitdiyi müəyyən olunub.
"Aşkarlanmış uyğunsuzluqla əlaqədar müvafiq tədbirlər görülüb, istehlaka yararsız məhsullar məhv edilib", - qurumdan əlavə olunub.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:54 / 14.08.2025
Bakıda satılan qazlı suda görün nə aşkarlandı
Hazırda oxunan: Bakıda satılan qazlı suda görün nə aşkarlandı
Hazırda oxunan: Bakıda satılan qazlı suda görün nə aşkarlandı
265227
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.