Azərbaycanda həkim olmaq istəyənlərin sayı azalır - RƏSMİ STATİSTİKA

Hazırda oxunan: Azərbaycanda həkim olmaq istəyənlərin sayı azalır - RƏSMİ STATİSTİKA

265103

Azərbaycanda tibbi ixtisaslar üzrə ali təhsil müəssisələri tərəfindən hazırlanan mütəxəssislərin sayı azalır.

Bizim.Media xəbər verir ki, bu barədə "Azərbaycanda səhiyyə, sosial müdafiə və mənzil şəraiti" statistik məcmuəsində qeyd olunub.
 

Məlumata görə, 2024-cü ildə tibbi ixtisaslar üzrə ali təhsil müəssisələri tərəfindən 1 354 mütəxəssis hazırlanıb.


2023-cü ildə bu rəqəm 1 444, 2022-ci ildə 1 695, 2021-ci ildə 1 543, 2020-ci ildə isə 1 487 nəfər olub.

2020-ci illə müqayisədə 2024-cü ildə müalicə işi üzrə hazırlanan mütəxəssislərin sayı 1 013-dən 961-ə düşüb. Stomatologiya üzrə hazırlanan kadrların sayı isə 2020-ci illə müqayisədə 174-dən 96-a enib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin