Sosial şəbəkələrdə “Yolüstü” restoranının ərazisində tülkülərin qəfəsdə saxlandığını əks etdirən görüntülər yayılıb. Sözügedən görüntülər müzakirələrə səbəb olub.
Bizim.Media xəbər verir ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmmədov “qafqazinfo.az”ın sorğusuna cavab olaraq bildirilib ki, Ələt-Astara magistral avtomobil yolunun kənarında fəaliyyət göstərən “Yolüstü” restoranının ərazisində tülkülərin qəfəsdə saxlanılması ilə bağlı sosial şəbəkədə yayılan görüntülər qurum əməkdaşları tərəfindən yerində araşdırılıb:
“Əraziyə keçirilən baxış zamanı vəhşi heyvanların qəfəsdə olmadığı müəyyən edilib. Restoranın sahibi qeyd edib ki, görüntülər sosial şəbəkədə yayıldıqdan sonra tülkülər qəfəsdən çıxarılaraq təbiətə buraxılıb.
Tülküləri qəfəsdə qanunsuz saxladığına görə restoranın sahibi barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq akt və protokol tərtib edilərək qanunamüvafiq tədbir görüləcək”.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:02 / 13.08.2025
Tülküləri qəfəsdə saxlayan “Yolüstü” restoranının sahibi CƏZALANDIRILACAQ – VİDEO
Hazırda oxunan: Tülküləri qəfəsdə saxlayan “Yolüstü” restoranının sahibi CƏZALANDIRILACAQ – VİDEO
Hazırda oxunan: Tülküləri qəfəsdə saxlayan “Yolüstü” restoranının sahibi CƏZALANDIRILACAQ – VİDEO
265033
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.