Dünən gecə saatlarında Bakı-Qazax magistral yolunun Ucar rayonundan keçən hissəsində baş vermiş qəzada xəsarət alan azyaşlı xəstəxanada ölüb.
Bizim.Media xəbər verir ki, ölən azyaşlı İlyas Elçin oğlu Cəlilovdur.
Qeyd edək ki, Bakı-Qazax əsas magistral yolunun Ucar rayonundan keçən hissəsində ağır yol qəzası baş verib.
Elçin Cəlilovun idarə etdiyi "Opel" markalı minik maşını Qəbələ rayon sakini, 1972-ci il təvəllüdlü Hikmət Ağayevin idarə etdiyi "KamAZ" markalı yük maşınına çırpılıb.
Nəticədə, sürücü E. Cəlilov ölüb. Onun 3 sərnişini - 2 yaşlı İlyas Elçin oğlu Cəlilov, 45 yaşlı Zaur Balay oğlu Xəlilov və 31 yaşlı Aysel Balay qızı Cəlilova aldıqları çoxsaylı xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:17 / 28.06.2021
Atadan sonra 2 yaşlı oğlu da öldü – Ucarda DƏHŞƏTLİ QƏZA
Hazırda oxunan: Atadan sonra 2 yaşlı oğlu da öldü – Ucarda DƏHŞƏTLİ QƏZA
Hazırda oxunan: Atadan sonra 2 yaşlı oğlu da öldü – Ucarda DƏHŞƏTLİ QƏZA
26500
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.