Avropada yaşayan soydaşlarımız da ona müraciət edir – Tanınmış cərrah Cavid Hüseynzadədən AÇIQLAMA – FOTO

Hazırda oxunan: Avropada yaşayan soydaşlarımız da ona müraciət edir – Tanınmış cərrah Cavid Hüseynzadədən AÇIQLAMA – FOTO

264941

Soydaşlarımızın dünyanın aparıcı araşdırma mərkəzlərində, tibb müəssisələrində və digər qurumlarda uğurla fəaliyyət göstərməsi hər birimiz üçün qürur mənbəyidir. Bu gün ölkəmizi xaricdə layiqincə təmsil edən yüzlərlə mütəxəssislərimiz var.

Onlardan biri də Almaniyada yaşayıb işləyən - qulaq, burun-boğaz və üz plastik cərrahı Cavid Hüseynzadədir.

Qısa zamanda böyük təcrübə və şöhrət qazanan Cavidin qapısını hər gün neçə-neçə pasiyent döyür. Həmin pasiyentlər arasında soydaşlarımızın da sayı az deyil.


Bu barədə Bizim.Media-ya açıqlama verən Cavid Hüseynzadə deyib ki, hər gün neçə-neçə pasiyentlə təmas olur:

“Amma uzaq Almaniyada azərbaycanlılara tibbi xidmət göstərmək çox gözəl bir hissdir. Təkcə Almaniyada yox, Avropada yaşayan soydaşlarımız tez-tez bizə müraciət edirlər. Biz də çalışırıq ki, hər bir soydaşımızı məmnun edək, ona yüksək səviyyədə tibbi xidmət göstərək”.

Qeyd edək ki, Cavid Hüseynzadə Almaniyanın Frankfurt Oder şəhərindəki "Klinikum Frankfurt Oder" xəstəxanasında çalışır. Cavid Hüseynzadənin 35 yaşının olmasına baxmayaraq bir çox uğurlara imza atıb. Avropa üz plastik cərrahiyyə cəmiyyətinin üzvü olan Cavid elmi axtarışları ilə yanaşı ictimai işlərlə də aktiv məşğul olur. Alman, rus, türk və ukrayna dillərini yaxşı bilən azərbaycanlı gənc Almaniyada fəaliyyət göstərən 1400-ə yaxın azərbaycanlı həkimin bir araya gəlməsi, əlaqələr qurması üçün davamlı şəkildə iş aparır.




Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin