Biləsuvar rayonunda baş vermiş ağır yol-nəqliyyat hadisəsində həlak olan ata və körpə qızının fotoları yayılıb.
Bizim.Media “Musavat.com”a istinadla xəbər verir ki, dünyasını dəyişən şəxs – 1993-cü il təvəllüdlü Elşən Niftəliyev Saatlı rayonunun Tatar kənd orta məktəbində informatika müəllimi işləyirdi.
O, hadisə zamanı 6 aylıq qızı Ahu Niftəliyeva ilə birgə həlak olub.
Qeyd edəkki, qəza köhnə Ələt–Astara avtomobil yolunun 90-cı kilometrində, Biləsuvar rayonu ərazisində baş verib. Elşən Niftəliyevin idarə etdiyi VAZ-2115 markalı avtomobil “Mercedes-Benz” markalı minik avtomobili ilə toqquşub.
Hadisə nəticəsində E.Niftəliyev və körpə qızı hadisə yerində keçinib, həyat yoldaşı Günay Niftəliyeva ağır xəsarət alıb. “Mercedes-Benz”də olan sərnişinlər Gülağa Qurbanov və Şəhla Orucova da xəsarət alıblar. Faktla bağlı araşdırma aparılır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:47 / 12.08.2025
Biləsuvardakı ağır qəzada həlak olan ata və körpəsinin FOTOLARI
Hazırda oxunan: Biləsuvardakı ağır qəzada həlak olan ata və körpəsinin FOTOLARI
Hazırda oxunan: Biləsuvardakı ağır qəzada həlak olan ata və körpəsinin FOTOLARI
264723
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.