Daşkəsən rayonunda 2 qonşu arasında mübahisə yaşanıb, xəsarət alan var.
Bizim.Media xəbər verir ki, hadisə rayonun Çanaqçı kəndində qeydə alınıb.
Kənd sakini, 1981-ci il təvəllüdlü Səadət Qasımova ilə qonşusu olan yaşlı qadınla şəxsi münasibətlər zəminində mübahisə yaşanıb.
MÖVZU İLƏ BAĞLI:
Həmyerlisini güllələyən Goranboy sakini tutuldu
Bu zaman S.Qasımova daşla qonşusunun evinin pəncərələrini sındırıb. Onun hadisə yerinə gələn yaşlı qadının oğlu, Tahir Qurbanovla da mübahisəsi yarandığı bildirilir.
S.Qasımova xəsarət alaraq xəstəxanaya müraciət edib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media