“Bilirsiniz ki, döyüşlər gedən vaxt bəzi ləngimələr olmuşdu. Cənab Prezident tam haqlı olaraq İdarəetmə məntəqəsinə gəldi, bəzi komandirlərə irad tutdu, tapşırıqlarını verdi”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri Zakir Həsənov “Real TV”nin efirində telejurnalist Mirşahin Ağayevə verdiyi müsahibəsində deyib.
MÖVZU İLƏ BAĞLI:
“Müharibədə Mayis Bərxudarova göstəriş verdim ki,...” - Müdafiə naziri
“Yəni demək istəyirəm ki, biz hər bir məsələni təhlil edirik, nəticələri sənədləşdiririk və bu nöqsanların aradan qaldırılması üçün hansı işləri görməliyiksə, onları da həyata keçiririk.
Təbii ki, mən müharibə zamanı buraxılan səhvləri deyə bilmərəm. Bunlar sirdir. Biz Azərbaycan Ordusunun Türk Silahlı Qüvvələrinin modelinə uyğunlaşdırılması istiqamətində artıq xeyli iş görmüşük”, - deyə nazir qeyd edib.
Bizim.Media