BU BÜRCLƏRİN üzünə şans qapısı açılır – 1 gün qaldı!

Hazırda oxunan: BU BÜRCLƏRİN üzünə şans qapısı açılır – 1 gün qaldı!

264050

Avqustun ikinci həftəsonu - yəni sabahdan bəzi bürclərin həyatı tamamilə dəyişə bilər.

Bizim.Media xəbər verir ki,ulduzlar xüsusi enerji ilə bu bürclərin yolunu işıqlandırır, onlara yeni fürsətlər və gözlənilməz xoş xəbərlər gətirir.

Qismətin qapıları açılır, uzun zamandır gözlədikləri şans nəhayət ki, onlara tərəf gəlir. Maddi qazancdan şəxsi münasibətlərə qədər hər sahədə irəliləyiş mümkündür. Bu dəfə ulduzların ən çox dəstəyini alacaq bürclər bunlardır: Qoç, Əkizlər, Şir, Tərəzi və Oğlaq.

Qoç

Sabah günün ilk yarısından etibarən enerjiniz yüksələcək. Qarşınıza çıxan bir fürsət həyatınızda böyük dəyişikliklərə səbəb ola bilər. İş həyatında yeni bir layihə və ya təklif sizə uğur gətirəcək. Qorxmadan addım atın.

Əkizlər

Gözləmədiyiniz bir yerdən gələn xəbər sizi sevindirəcək. İstər iş, istər şəxsi münasibətlər olsun – hər iki sahədə də irəliləyiş var. Bu gün bir qərar verərək gələcək planlarınızı daha möhkəm quracaqsınız.

Şir

Sabah sizin üçün həm maddi, həm də mənəvi baxımdan uğurlu olacaq. Ulduzlar yeni tanışlıqlar və faydalı əlaqələr qurmağınıza yardım edəcək. Qarşılaşacağınız bir insan gələcəkdə mühüm rol oynaya bilər.

Tərəzi

Uzun zamandır düşündüyünüz bir mövzu ilə bağlı müsbət cavab alacaqsınız. Maddi məsələlərdə rahatlama və gözlənilməz gəlir ehtimalı yüksəkdir. Şəxsi həyatınızda isə harmoniya və sevgi güclənəcək.

Oğlaq

Sizin üçün yeni başlanğıcların vaxtıdır. İş yerində rəhbərlikdən dəstək ala, yeni bir mövqeyə yüksələ bilərsiniz. Ailədaxili münasibətlərdə isə mehriban və səmimi bir gün sizi gözləyir. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin