"KVN teatrının hərdən Hacıbala Abutalıbovu yamsılamaları da ürəyimdən idi..."

Hazırda oxunan: "KVN teatrının hərdən Hacıbala Abutalıbovu yamsılamaları da ürəyimdən idi..."

263863
"Yəqin arvad paltarı geyinən əttökən şouçular səviyyələrin qaldırarlar"



"Planet Parni iz Baku" KVN teatrının artıq bir səhnəciyi ARB kanalında yayımlanıb. Qeyd edək ki, ölkə başçısı mədəniyyət xadimləri ilə görüşü zamanı efirlərdə Bakılı oğlanlara qoyulan qadağanın aradan götürülməsi üçün tapşırıq vermişdi.xa0

Xalq artisti Şeyx Əbdül Mahmudbəyov Moderator.az-a açıqlamasında KVN teatrının cəmiyyətimiz üçün vacib olduğunu bildirdi:

"Ölkə başçısının mədəniyyət xadimləri ilə görüşündə Tahir İmanov qeyd etdi ki, özəl televiziyalar onlara qadağa qoyub. Ölkə başçısı da dərhal göstəriş verdi ki, bu qadağa aradan götürülsün. Ümumiyətlə, onlar zövqlü uşaqlardır. Hətta mənim xatirimdədir ki, mərhum prezidentimiz Heydər Əliyev də onların səhnəsinə baxanda gülməkdən uğunub gedirdi. Hərdən dostum Hacıbala Abutalıbovu yamsılamaqları da ürəyimdən idi.xa0


Ümumiyyətlə, Azərbaycan ədəbi mühitində həmişə satira olub. Amma sağlam, qərəzsiz, təhqir olmadan bunu etmək lazımdır. Allah Anar Məmmədxanlının da ruhunu şad eləsin, çünki bunlar onun rəhbərliyi altında büxtələşən istedadlı uşaqlardır. Ona görə də Azərbaycan televiziyasında belə verilişlərin olması ürəyimcədir. Hətta arvad paltarı geyinib əttökən şouçular da səviyyələrin qaldırarlar".xa0

Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin