Avqustun 9-dan etibarən havanın temperaturu enəcək.
Bizim.Media xəbər verir ki, bunu Lent.az-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
Onun bildirdiyinə görə, hazırda ölkə ərazisində isti hava müşahidə olunur:
“Bu gün və sabah Bakı və Abşeron yarımadasında yağmursuz hava şəraiti gözlənilir. Mülayim külək əsəcək, havanın temperatoru maksimum 35-40 dərəcə isti olacaq. Bəzi bölgələrdə isə gündüz saatlarında arabir qısa müddətli az yağış yağacaq, şimşək çaxacaq”.
Gülşad Məmmədova qeyd edib ki, avqustun 9-dan etibarən şimal küləklərinin güclənəcəyi gözlənilir. Bu da istilik effektini bir qədər azaldacaq.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:49 / 07.08.2025
Hava kəskin dəyişir: külək, şimşək, yağış başlayır – Tarix
Hazırda oxunan: Hava kəskin dəyişir: külək, şimşək, yağış başlayır – Tarix
Hazırda oxunan: Hava kəskin dəyişir: külək, şimşək, yağış başlayır – Tarix
263823
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.