Avqustun 6-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Paytaxtda havanın temperaturu gecə 26-30, gündüz 35-40 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 35-40 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Şərq küləyi əsəcək.
Bölgələrdə havanın temperaturu gecə 23-28, gündüz 35-40, bəzi yerlərdə 41 dərəcəyədək isti, dağlarda gecə 17-22, gündüz 29-34 dərəcə isti olacaq.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:27 / 06.08.2025
Temperatur 41 dərəcəyə ÇATACAQ
Hazırda oxunan: Temperatur 41 dərəcəyə ÇATACAQ
Hazırda oxunan: Temperatur 41 dərəcəyə ÇATACAQ
263626
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.