Maştağa sakini: "Hər gün efirdə zövqsüz proqramlar nümayiş olunur" - VİDEO

Hazırda oxunan: Maştağa sakini: "Hər gün efirdə zövqsüz proqramlar nümayiş olunur" - VİDEO

263607

Baku TV-nin "O vaxtlar" verilişinin budəfəki qəhrəmanı Maştağa sakini İsmayıl Çayçıoğlu olub.

Bizim.Media xəbər verir ki, proqramda o, televiziyalardakı bayağı verilişlərdən gileylənib:

"Hər gün efirdə zövqsüz proqramlar nümayiş olunur. Artıq nə izləyəcəyini bilmirsən. Kişilər efirə gəlib həyat yoldaşlarını axtarırlar, 18 dəfə ərə gedən biri ailə dəyərlərindən danışır. Bu tip verilişlərdən insanın ürəyi bulanır. Ən pisi isə odur ki, bunlara baxanlar çoxluq təşkil edirlər".

O, həmçinin yaşlı nəslin gəncləri qınamasından danışıb və bunun doğru olmadığını söyləyib.
 

"İndi qocalar "bizim dövrümüzdə gənclər başqa cür idi" deyirlər. Amma bir məqamı unudurlar ki, o vaxtlar heç qocalar da indiki kimi deyildi. Köhnə zəmanənin yaşlıları əba, uzunqol köynəklə gəzərdilər. Günümüzdə özləri müasir geyim tərzinə uyğunlaşsalar da, gəncləri bu mövzuda qınayırlar. Bu isə doğru deyil", - deyə Maştağa sakini bildirib.


Ətraflı süjetdə:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin