Saxta diplom qalmaqalı Türkiyə mediasında - FOTO

Hazırda oxunan: Saxta diplom qalmaqalı Türkiyə mediasında - FOTO

263524

ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova “VMR Estetik” klinikasının kosmetoloqu Gülsüm Əliyevanın saxta diplomla həkim kimi çalışması haqda yeni paylaşım edib.

Bizim.Media “axşam.az”a istinadən xəbər verir ki, jurnalist bu məsələnin Türkiyə mediasının gündəmində olduğunu bildirib:
 

“Azərbaycan səhiyyəsində olan saxta diplom skandalı Türkiyədə də əks-səda verir. NTV-nin məşhur xəbər şərhçisi Kamal Öztürk atdığı tvitlə diqqət çəkib. Əziz Azərbaycan səhiyyəsinin məsul şəxsləri, unutmayaq saxta diplom real ölümün açarıdır”.


Kamal Öztürk paylaşımında “Türkiyədki saxta diplom məsələsinin ən önəmli hissəsinin Azərbaycanda olduğu görünür. Yüzlərcə insan Türkiyədən saxta diplom alaraq cərrahlıq, həkimlik, estetik həkim, vəkillik kimi işlər görür.

Saxta həkimlərin ucbatından ölənlər var” sözləri yer alıb.

Qeyd edək ki, Q.Ataşova G.Əliyevanın diplomu olmadan plastik əməliyyat etdiyini nümayiş etdirib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin