Oğuzda balta ilə insanlara hücum edən ruhi xəstə SAXLANILDI

Hazırda oxunan: Oğuzda balta ilə insanlara hücum edən ruhi xəstə SAXLANILDI

263510

Oğuzda Padar kənd sakinlərinə balta ilə hücum edən Ruslan Səmədov adlı şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya faktı təsdiqləyiblər. 

Bildirilir ki, Ruslan Səmədovun sağlamlıq vəziyyəti nəzərə alınaraq o, müvafiq ixtisaslaşdırılmış xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Ruslan Səmədov əvvəllər də dəfələrlə xəstəxanada stasionar müalicə alıb. Vəziyyəti qənaətbəxş olduğu üçün evə buraxılıb.

Onu da bildirək ki, 2010-cu ildə Ruslan Səmədov Münəvvər Zakirovanı balta ilə qəddarlıqla öldürüb və azadlıqdan məhrum edilib.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin