İyunun 26-da Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qəbələ rayonu, Laza kəndi ərazində yerləşən Muçuq şəlaləsinə gedərkən 1 nəfər vətəndaşın yüksək qayalıqdan sürüşərək çaya düşməsi barədə məlumat daxil olub.
Bu barədə Bizim.Media-ya FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Məlumata əsasən nazirliyin Şimal Regional Mərkəzinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub.
Hadisə yerində xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, Qəbələ rayon sakini, 1988-ci il təvəllüdlü Talıbov Vasif Şakir oğlu Muçuq şəlaləsinə gedərkən sürüşərək hündürlüyü 60-70 metr olan qayalıqdan çaya düşüb.
Xilasedicilər vətəndaşa ilkin tibbi yardım göstərib, təhlükəsizliyini təmin edərək xərəklə bir neçə kilometr çətin keçilən ərazi ilə piyada təxliyə edərək aidiyyəti üzrə təhvil veriblər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:16 / 26.06.2021
Qəbələdə yüksək qayalıqdan sürüşüb çaya düşdü - Xilasetmənin ANBAAN VİDEOSU
Hazırda oxunan: Qəbələdə yüksək qayalıqdan sürüşüb çaya düşdü - Xilasetmənin ANBAAN VİDEOSU
Hazırda oxunan: Qəbələdə yüksək qayalıqdan sürüşüb çaya düşdü - Xilasetmənin ANBAAN VİDEOSU
26350
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.