Heydər Əliyev Fondu İtaliyadakı barelyefi bərpa etdi

Hazırda oxunan: Heydər Əliyev Fondu İtaliyadakı barelyefi bərpa etdi

2633

Heydər Əliyev Fondu Müqəddəs Pyotr Kilsəsinin Bazilikasındakı “Roma Papası I Leon ilə Hun imperatoru Atillanın görüşü” barelyefinin bərpası işlərini başa çatdırıb.

Layihə 2019-cu ilin fevral ayında Fond ilə Müqəddəs Pyotr Kilsəsi arasında imzalanmış müqaviləyə əsasən həyata keçirilib.

Fonddan Bizim.Media -ya verilən məlumata görə, bu il fevralın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vatikana səfəri çərçivəsində barelyefin yerləşdiyi Müqəddəs Pyotr Kilsəsinin Bazilikası ilə də tanış olmuşdur.

Bu məbəd italyan intibah memarlığının ən məşhur nümunələrindən biridir.Müqəddəs Pyotr Bazilikası həm də məşhur ziyarətgah və mərasim yeridir.

Roma Papası il ərzində bazilika və ya onun qarşısındakı Müqəddəs Pyotr meydanında bir neçə dini mərasim keçirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin