Şəmkirdə çay evi yandı

Hazırda oxunan: Şəmkirdə çay evi yandı

263088

Şəmkir rayonunda yanğın hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb. Qəsəbədə yerləşən çay evində qəfil yanğın baş verib.

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.

Yanğın nəticəsində çay evi içərisindəki əşyalarla birlikdə yanıb. Alov söndürülüb, ətrafdakı bir neçə tikili yanğından mühafizə olunub.

Hadisənin başvermə səbəbləri araşdırılır. (Apa.az)

 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin