Bakıda keçiriləcək Formula 1-ə hazırlıqlar BAŞLADI

Hazırda oxunan: Bakıda keçiriləcək Formula 1-ə hazırlıqlar BAŞLADI

262985

Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq məqsədilə marşallar üçün növbəti təlim təşkil olunub.

Bizim.Media xəbər verir ki, Avropa Oyunları Parkında gerçəkləşən təlim nəzəri və praktiki hissələrdən ibarət olub.

Təlimin nəzəri hissəsində marşallar yarış zamanı üzləşə biləcəkləri müxtəlif vəziyyətlər üzrə məlumatlandırılıb, beynəlxalq standartlara uyğun davranış qaydaları ilə tanış olublar.
 

Praktiki mərhələdə isə onlar simulyasiya şəraitində təlim keçərək yarış zamanı baş verə biləcək hadisələrə ilkin müdaxilə, təhlükəsizlik tədbirləri və digər mühüm prosedurlar üzrə bacarıqlarını təkmilləşdiriblər.


Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi sentyabrın 19-21-də keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin