DSX-nın hərbi qulluqçularının sosial müdafiəsi gücləndiriləcək

Hazırda oxunan: DSX-nın hərbi qulluqçularının sosial müdafiəsi gücləndiriləcək

26274

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” fərmanda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Bizim.Media-nın xəbərinə görə, dəyişikliyə əsasən, Gömrük Məcəlləsinin 334-cü maddəsində nəzərdə tutulan, gömrük orqanları tərəfindən gömrük işi sahəsində aşkar edilmiş cinayətlər və gömrük qaydaları əleyhinə inzibati xətalar haqqında işlər üzrə məhkəmələrin qərarları əsasında dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin satışından əldə edilən vəsait, cərimələr və həmin Məcəllənin 224.1.5-ci və 224.1.6-cı maddələrində nəzərdə tutulan gömrük ödənişlərinin 93 faizindən hər ay 450 000 manatı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hesabına köçürüləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin