Çimərlikdə BU XƏSTƏLİKLƏR aktivdir – EHTİYATLI OLUN!

Hazırda oxunan: Çimərlikdə BU XƏSTƏLİKLƏR aktivdir – EHTİYATLI OLUN!

26265

Çimərliyin, duzlu suyun insan orqanizminə çoxsaylı faydaları olsa da, istirahət zamanı bir sıra xəstəliklərə yoluxma ehtimalı da mümkündür.

Bizim.Media həm böyüklərin, həm də uşaqların çimərlikdə yoluxa biləcəyi xəstəliklərin siyahısını təqdim edir:
 

MÖVZU İLƏ BAĞLI:

Çimərliklərlə bağlı əhaliyə müraciət edildi - Bunlar QADAĞAND
IR


Qurdlar, helmintlər – Çimərlik qumunun üzərində parazit qurdları - askarid, toksokar, vlasoqlavın olması mümkündür. Çünki qumun üzərində təkcə istirahətə gələn insanlar deyil, itlər, pişiklər, qurbağalar, xırda mikroorqanizmlər də gəzir. Buna görə də qumun üstünə ən azı dəsmal salıb uzanmaq tövsiyyə olunur. 

Göbələk - nəm torpaq mikobların çoxalması üçün əlverişli mühit yaradır. Göbələk dabana və barmaqlara asanlıqla yapışa bilir. Bu baxımdan da çimərlik sahilərində başmaqla gəzmək olar.

Daha çox ağac materialdan olan çimərlik başmaqları tövsiyyə olunur.

Viruslar - Nə qədər ağzımıza dəniz suyunun getməməsinə çalışsaq da, bu mümkün olmur. Dəniz, eləcə də hovuz suyunda bağırsaq çöpləri, enteroviruslar və xoleranın olması mümkündr. Çimərlik sularından laborarotiya analizləri götürülərkən bu virusların olub-olmaması aydın olur. Ona görə də çimərliklərlə bağlı dövlət qurumlarının tövsiyyələrinə əməl etmək məcburiyyətindəyik. Yoxlanılmayan sularda çimmək risklidir. 

Çimərliklərdə bağırsaq, mədənin iltihabi xəstəliklərinə yoluxma ehtimalı da mümkündür. 

Yaş çimərlik geyimində uzun müddət qalmaq isə sidik kisəsini soyuqlada və qadınları sistitlə üz-üzə qoya bilər. Dənizdən çıxan kimi geyimin dəyişdirilməsi məsləhət görülür. 

Dənizdə çimmək iştahanı artırsa da sahildə çox yemək məsləhət görülmür. Belə ki, dırnaqların arasına keçmiş qurd yumurtaları ağıza düşə bilər.

“Vəssalam – artıq çimərliyə getməyəcəm” deməyə tələsməyin, şad xəbər də var. Xəzər dənizində qabarma - çəkilmə prosesləri olduğu üçün özünü təmizləyə bilir. Lakin müəyyən yerlərdə dənizə axıdılan tullantı suları xəstəliklər yarada bilər. 

Çimərliklərdə su yoxlanılır ki, bu da həmin ərazilərdə bağırsaq çöplərinin konsentrasiyasının müəyyən edir. Əgər çimərlikdə kolititr və kolindeks içməli su səviyyəsində olarsa, bu orada bakterial yoluxma təhlükəsinin olmaması deməkdir.

Duzlu suyun özünün də bakteriyaları öldürmə xüsusiyyəti var.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin