Valideynlərin NƏZƏRİNƏ: 7 gün vaxt verildi

Hazırda oxunan: Valideynlərin NƏZƏRİNƏ: 7 gün vaxt verildi

262491

İyun ayında bağçalarda hansı yaş qrupları üzrə boş yerlərin olacağına dair 58 500 nəfərlik proqnoz verilib.

Bizim.Media xəbər verir ki, bunu MÜTDA-nın Məktəbəqədər Təhsilin Təşkili Şöbəsinin müdiri İlahə Hüseynova iyulun 30-da keçirilən brifinqdə deyib.

O, bildirib ki, iyulun 18-də Naxçıvanda, 25-də isə Bakıda yerləşən dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün valideynlər növbələrə yazılıblar.
 

İlahə Hüseynovanın sözlərinə görə, artıq 32 381 uşağın bağçaya qəbul olunması ilə bağlı valideynlərinə SMS göndərilib. Lakin bu SMS uşağın bağçaya rəsmi qəbul edilməsi demək deyil.


"Valideynlərə 7 gün vaxt verilir ki, uşaqların sənədlərini müvafiq bağçaya təqdim etsinlər. Əgər sənədlər vaxtında təqdim olunmasa, həmin sorğular avtomatik olaraq sistemdən silinəcək", – deyə İlahə Hüseynova brifinqdə bildirib. (News24.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin