Pandemiyadan və qapanmalardan sonra yenicə dirçəlməyə başlayan turizm sahəsində daha aşağı qiymətlərin təklif olunacağı gözlənilirdi. Amma yanılmısınız... Otel sahibləri sanki pandemiyanın acığını turistlərdən çığmağın qəsdinə durublar.
Bizim.Media ölkəmizdə otel qiymətləri ilə bağlı araşdırma aparıb.
MÖVZU İLƏ BAĞLI:
Turizm bazarında “BAZARDIR” - Dövlət Turizm Agentliyi niyə GÖZ YUMUR?
Bakının beş ulduzlu otellərində bir günlük iki böyük, iki uşaq üçün, iki otaqlı otel təklifləri belədir:
Four Seasons Hotel Baku - 2,985 manat
JW Marriott Absheron Baku - 1,946 manat
Fairmont Baku - 1,248 manat
Hyatt Regency Baku - 1,192 manat
Hilton Baku - 1,171 manat
Fly İnn Baku - 980 manat
Promenade Hotel Baku -864 manat
Theatrum Hotel Baku – 790 manat
Beş ulduzlular arasında 500 manatdan aşağı olan qiymətlərlə rastlaşmaq da mümkündür:
Bilgah Beach Hotel – 500 manat
Holiday İnn Baku – 475 manat
Ulduzların sayını azaltsaq:
Shah Palase Hotel – 640 manat
Teatro Boutique Hotel – 432 manat
Harmony Hotel Baku – 430 manat
200 manat ətrafında olan otel təkliflərinə gəlincə:
Aksent Hotel – 220 manat
Sahill İnn Hotel – 210 manat
Villa İnn Hotel – 143 manat
Regionların 4 ulduzlu otellərində təkliflər:
Vego Hotel (Gəncə şəhəri) – 248 manat
Maricel Astara Resort Hotel – 170 manat
İsmayıllı Resort Hotel – 250 manat
Beş ulduzlu otellərin “Prezident dairəsi” adlanan otaqlarında bir gecəlik təkliflər isə təxminən 10 000-22 000 manat arasında dəyişir.
Xatirə Nəsirli, Bizim.Media