Qurani-Kərim sonuncu səmavi kitab olduğu üçün, mesajları da o cümlədən, axirəz-zəman insanının təfəkkürünə uyğun nizamlanıb. Məlum olduğu kimi, axirəz-zəman insanı sürət ardıncadır. Bütün texniki cihazların kəşfi insanın işlərinin sürətli görülməsi üçündür. Bu da insana kifayət qədər zaman qazandırır. Belə olan təqdirdə, ən vacib mövzuya – “Mən kiməm” sualına ayıracaq vaxt daha da çoxalmalıdır.
xa0
Amma, tam əksinə olaraq, insanlar sadəcə tələsir – haraya və nə üçün onlar üçün maraqlı deyil. Quran bu cür insanlara sualı 1400 il öncə ünvanlayıb: “Elə isə hara gedirsiniz?” (“Təkvir” 26).
xa0
Axirəz-zaman insanı şəxsiyyətin ikiləşməsindən əziyyət çəkir. İnsanlar özlərini təqdim etmək, cəmiyyətdə müəyyən status əldə etmək üçün olduğu mühitə uyğun davranmağa çalışırlar. Hətta bu davranışlar onların şəxsi duyğuları ilə ziddiyyət təşkil etsə də, fərqli görünmək istəyini reallaşdırmaqda israr edirlər.
xa0
Ailəsi ilə sərt olan insan, iş yerində ətrafı ilə elə mehriban danışır ki.
Sosial şəbəkədə ünsiyyətcil olan birisi, reallıqda qaradinməz olur.
Onların bu cür davranışları, hətta öz reallıqlarının belə, unudulmasına gətirib çıxardır. Rəbbimiz bu cür insanlara ünvanladığı sual isə problemin əsil kökünün harada olduğunu göstərir: “Məgər o, bilmir ki, Allah görür?”(“Ələq” surəsi 14).
xa0
İnsanların bir çoxu daima İlahi ayətlərlə müxalifət edə biləcək düzənə sahibdir. Rəbbimiz də mubarək Qurani-Kərimi insanların qavraya biləcək mesajlarla bəzəyib. Bu baxımdan İlahi ayətlərdə yalnız əmrlərə, qadağalara və göstərişlərə deyil, fitrətlərə ünvanlanmış suallara da rast gəlinir.
xa0
Axirəz-zəman insanı – təfəkkür insanıdır. Allah Təala bir çox mövzuları, məhz insanın şüurlu olaraq qəbul etməsini istəyir. Yəni, möcüzələr artıq axirəz-zəman üçün müəyyən dərəcədə aktuallığını itirib. Hətta alimlərdən biri qeyd etmişdi ki, “Əgər Rəsulallahın yanında olan insanların əksəriyyəti Salman Farsi, Əbazər, Miqdad təfəkkürlü insanlar olsaydı, Rəsulallah (s) öz zamanında belə heç bir möcüzə göstərməzdi”.
xa0
İnsan əsasən maraqlarına uyğun seçim etdiyindən, mehriban Allah bu konteksdə qəlbləri riqqətə gətirən bir sual unvanlayıb. “Ey insan, səni kərim olan Rəbbinə qarşı məğrur edən nədir?” ("İnfitar" 6).
xa0
İlahi, bizi ayılanlardan və Quran mesajları ilə qəlbləri nuranu olanlardan et!
xa0
Mətləb Həmzəli, “Dəyərlər”


































































































