Bugünün HAVASI: Bəzi ərazilərdə yağış yağacaq

Hazırda oxunan: Bugünün HAVASI: Bəzi ərazilərdə yağış yağacaq

262385

İyulun 30-na gözlənilən hava proqnozu açıqlanıb.

Bu barədə Bizim.Media-ya Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
 

Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-27° isti, gündüz 33-38° isti olacaq.


Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 70-80%, gündüz 40-45% təşkil edəcək.
 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, gecə və səhər isə duman olacağı ehtimalı var. Şərq küləyi əsəcək.


Havanın temperaturu gecə 23-27° isti, gündüz 35-40° isti, bəzi yerlərdə 41°-dək isti, dağlarda gecə 15-20° isti, gündüz 28-33 isti olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin