Polis bir qrup qadına məişət zorakılığına qarşı martın 8-də aksiya keçirməyə imkan verməyib.
Turan agentliyi bildirir ki, aksiya təşəbbüsçüləri saat 14:00-da "Azad qadın" heykəli yanında toplaşaraq oradan yürüşlə Natəvanın (Fontanlar bağı yaxınlığında) heykəlinə yürüşlə getməyi nəzərdə tuturdular.
Artiq günortadan "Azad qadın" heykəli polis tərəfindən nəzarətə götürülmüşdü və polis bir qrup qadına heykələ yaxınlaşmaq imkanı verməyərək, əllərindəki palakatları almağa başlamışdı.
Bir qədər söz atışmaısndan sonra polislər qadınları metronun "Nizami" stansiyasına tərəf sıxışıdrmağa başlayıblar. Bununla belə, onlarla qadın yarım saata yaxın şüar səsləndirib və müqavimət göstərib.
Xatırladaq ki, "8 mart- şiddətə qarşı çıx" aksiyasına bir qrup feminist qadın tərəfindən təşəbbüs edilib.
Onu da qeyd edək ki, Bakı Şəhər Baş Polis İdarəsi feminist qadınların qanunsuz aksiyasına imkan verilməyəcəyi barədə əvvəlcədən xəbərdarlıq etmişdi.





























































































