Zorlandığı deyilən 17 yaşlı gəlinlə bağlı İLGİNC FAKTLAR – Qonşu kəndə niyə GEDİRMİŞ?

Hazırda oxunan: Zorlandığı deyilən 17 yaşlı gəlinlə bağlı İLGİNC FAKTLAR – Qonşu kəndə niyə GEDİRMİŞ?

26213

Cəlilabadda qaynı tərəfindən zorlandığı deyilən 17 yaşlı itkin düşən Gülyanə Mirzəyeva hələki tapılmayıb. Təcavüzə məruz qaldığı iddia edilən gəlin bütün əşyalarını toplayıb öz xoşu ilə evdən çıxıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda DƏHŞƏT: 17 yaşlı gəlinin əri impotent çıxdı, qaynı zorladı


Bu barədə məlumatı Bizim.Media-ya Cəlalabad rayonunun Uzuntəpə kənd bələdiyyəsinin sədri Əlisağa Mirzəyev açıqlayıb.

Dediyinə görə qızın hara getdiyi, kimin evinə sığındığı və yaxud başına nə gəldiyi barədə məlumat yoxdur:

“Bütün əşyalarına və kosmetikalarına qədər yığıb gedib. Qızın ailəsini o qədər yaxşı tanımırıq. Onlar Cəlilabadın Edişə kəndindəndirlər, amma rayon mərkəzində kirayədə yaşayırlar. Oğlangilin ailəsini tanıyıram. Ailədir də, orta...Gülyanə ilə evlənən İbrahim epilepsiya xəstəsidir. Hadisə ilə bağlı ilkin söz isə belə çıxdı ki, guya oğlan impotentdir. İstənilən halda qız tapılmayınca, nələrisə iddia eləmək çətindir. Onu da deyim ki, sanki qızı yaxşı axtarmırlar”.

Bələdiyyə sədri qeyd edib ki, itkin düşən Gülyanə barədə kənddə heç də yaxşı fikirlər səsləndirilmir:

“Deyilənə görə qız İbrahim Mirzəyevlə ailə qurmazdan əvvəl başqası ilə nişanlı olub. Nişanı qayıdandan sonra isə bu oğlana ərə gəlib. O da deyilir ki, qız hər gecə saat 2-yə qədər “Watsapp”da kimlərləsə danışırmış... Qızın qonşu kənd olan Maşlığa daha çox getdiyi və o kənd sakinləri ilə təmasda olduğu bildirilir. Hər halda müxtəlif versiyalar səsləndirilir. Görək daha nələr çıxacaq”.

Xatırladaq ki, hadisə Cəlilabadın Uzuntəpə kəndində baş verib. Zərərçəkmiş şəxs 2004-cü il təvəllüdlü Şükürova Gülyanə Bəxtiyar qızıdır.

Rayonun Edişə kəndindən olan 17 yaşlı Gülyanə 3 ay əvvəl rayonun Uzuntəpə kəndində Mirzəyevlər ailəsinə gəlin köçüb. O, İbrahim Mirzəyevlə ailə qurub. İddialara görə həyat yoldaşı impotent olduğu üçün qıza qaynı Nicat Mirzəyev təcavüz edib. Zorlanmanın təkrar-təkrar baş verdiyini görən Gülyanə ailəsinə xəbər verəndən sonra yoxa çıxıb. Gəlin köçdüyü ailə isə onlara irəli sürülən iddiaların əsassız olduğunu və böhtan xarakteri daşıdığını deyib. 
Hadisə rayon polis şöbəsi tərəfindən araşdırılır. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin