"Range Rover"lə YPX maşınını qəsdən vurub qaçan sürücü HƏBS EDİLDİ - FOTO

Hazırda oxunan: "Range Rover"lə YPX maşınını qəsdən vurub qaçan sürücü HƏBS EDİLDİ - FOTO

26178

İyunun 21-i paytaxtın Heydər Əliyev prospektində qaydaları pozan 10-VP-999 qeydiyyat nişanlı "Range Rover" markalı avtomobilin sürücüsü yol polisinin saxla işarəsinə məhəl qoymayaraq qaçmağa çalışıb.

Bizim.Media xəbər verir ki, bu zaman yol polisi əməkdaşları onu saxlamağa çalışarkən sürücü 99-YP-457 qeydiyyat nişanlı YPX avtomobilini qəsdən vuraraq qaçıb. Daha sonra sürücü süni tıxac yaradılaraq dayandırılıb.

Saxlanılan zaman məlum olub ki, avtomobili idarə edən Qasımzadə Davud Mirqabil oğlu sərxoş vəziyyətdədir.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis polkovniki Vaqif Əsədov açıqlamasında bildirib ki, sürücü barəsində toplanılmış materiallar baxılması üçün Sabunçu rayon Məhkəməsinə göndərilib.

İnzibati Xətalar məcəlləsinin 333.3, 511.1.3 və 535.1-ci maddələri ilə təqsirli bilinən sürücü məhkəmənin qərarı ilə 30 gün müddətinə inzibati qaydada həbs edilib və sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb. (avtosfer.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin