Bu çiçək depressiyanı MÜALİCƏ EDİR

Hazırda oxunan: Bu çiçək depressiyanı MÜALİCƏ EDİR

261706

Nərgiz çiçəyi depressiya ilə mübarizədə güclü dərman ola bilər.

Bizim.Media xəbər verir ki, Kopenhagen Universitetinin tədqiqatçılarının müəyyən etdiyi kimi, crinium və cripanthus - Cənubi Afrika sortları qardelen və nərgizlər beynin qoruyucu baryerindən keçə bilən maddələrdən ibarətdir.
 

Məlumdur ki, bu maneə antidepressiya dərmanlarının effektiv fəaliyyət göstərməsinə mane olur və hər dərman bu baryeri keçə bilmir. Lakin Cənubi Afrika çiçəklərindəki maddələr bu vəzifəni yerinə yetirə bilib. Buna görə də, onlar depressiyanın müalicəsində daha təsirli olan yeni dərmanların yaradılması üçün əsas ola bilər.


Araşdırmanın müəllifi professor Birqden Broden deyib: “Bizim çox ümidverici nəticələrimiz var. Biz beynin qoruyucu baryerinin genetik cəhətdən dəyişdirilmiş hüceyrə modelində çoxlu müxtəlif komponentləri diqqətlə sınaqdan keçirdik. Bəzi maddələr onu keçə bilib. Buna görə də, onlar yeni dərmanların tərkibindəki inqrediyentlərə namizəd ola bilər”. (medicina.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin