Polisə müqavimət göstərən \"Qala\" restoranının sahibi həbs edildi - FOTO

Hazırda oxunan: Polisə müqavimət göstərən \"Qala\" restoranının sahibi həbs edildi - FOTO

26157

Şəmkirdə polisə qarşı zor tətbiq edən "Qala" restoranının sahibi, Şəmkir sakini Tural Zeynalov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.

Onun sözlərinə görə, məlum hadisə ilə əlaqədar Şəmkir Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Şəmkirdə polis əməliyyat keçirdi - Silahlı şəxslər saxlanıldı - FOTO


Daha sonra Cinayət Məcəlləsinin 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə tövsif edilib və cinayət işinin araşdırılması üçün aidiyyəti üzrə Rayon Prokuroluğuna göndərilib.

Rayon Məhkəməsinin qərarı ilə Tural Zeynalov barəsində 3 ay müddətinə həbs qətiimkan tədbiri seçilib. Faktla bağlı Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin