Şəhid ailəsi üzvləri və Vətən müharibəsi qaziləri ilə bağlı “Məşğulluq marafonu” çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha bir qazimizi işlə təmin edib.
Bizim.Media bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Vətən müharibəsində yaralanmış qazi Abbaslı Qurban Azər oğlu Nazirliyin tabeliyindəki “DOST İş” Mərkəzində baş mütəxəssis vəzifəsinə təyin edilib.
MÖVZU İLƏ BAĞLI:
Şəhid və qazi ailəsinin müraciəti təmin edildi - VİDEO
Prezident İlham Əliyevin Sərəncamları ilə Qurban Abbaslı “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
O, Türkiyənin Hacettepe Universitetində ali təhsilini başa vurduqdan sonra ötən ilin may ayında həqiqi hərbi xidmətə çağırılıb.
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirib, Xocavənd uğrunda gedən döyüşlərdə yaralanıb.
Bizim.Media