Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonunun Masazır qəsəbəsində açıq ərazidə qatı tüstülənmə olması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Bizim.Media-ya bildirilib ki, məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının olduğu əraziyə cəlb olunub.
MÖVZU İLƏ BAĞLI:
Ekologiya postu yaxınlığında dəhşətli YANĞIN
Məlumata görə, Masazırda 1 ha sahədə təkər tullantıları, quru ot və qamışlıq yanıb. Yanğın Mühafizə qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.
Bizim.Media