Aliment ödəməyən ata HƏBS EDİLDİ

Hazırda oxunan: Aliment ödəməyən ata HƏBS EDİLDİ

261486

Bakıda əlil övladına aliment ödəməyən ata həbs edilib.

Bizim.Media xəbər verir ki, 45 yaşlı Ramin (ad şərtidir) 6 yaşlı oğluna bir il ərzində aliment verməyib.

Ən acınacaqlısı isə budur ki, azyaşlı birinci qrup əlildir, görmə qabiliyyətindən tam məhrumdur.

Azyaşlının anası məhkəmədə deyib ki, keçmiş əri övladının əlil olduğunu öyrəndikdən sonra ondan imtina edib. Hətta atası uşağın yaşamasını belə istəməyib: “Evliliyimizdən bir il sonra əkiz övladımız dünyaya gəldi. Onlardan biri doğulan kimi vəfat etdi. Digəri isə görmə məhdudiyyətli idi. Bu səbəbdən atası uşağı qəbul etmədi, hətta dedi ki, apar xəstəxanada iynə vurdurub öldür.
 

Amma mən buna razı olmadım. Bundan sonra atamın evinə köçdüm, övladımı tək böyütməyə başladım. Bir müddət sonra boşandıq. Məhkəmə uşağın saxlanılması üçün Raminin hər ay 220 manat aliment, əlavə olaraq müalicəsi üçün 200 manat ödəməsinə qərar verdi”.


Lakin ata bu məhkəmə qərarını icra etməyib. Təqsirləndirilən kişi aliment ödəməməsini işsiz olması ilə əsaslandırsa da, keçmiş həyat yoldaşı onun işlədiyini, sadəcə övladına baxmaq istəmədiyini deyib.

Məhkəmə yekunda qadının dediklərini əsaslı hesab edib. Hökmə əsasən, Ramin məhkəmə qərarını icra etməməkdə təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, hökm oxunan kimi məhkəmə zalındaca həbs olunub. (Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin