Vəziyyəti ağırlaşan Arif Babayevin Qax xəstəxanasından Bakıya gətirilməsi planlaşdırılır - Oğlu

Hazırda oxunan: Vəziyyəti ağırlaşan Arif Babayevin Qax xəstəxanasından Bakıya gətirilməsi planlaşdırılır - Oğlu

261471

Bu gün vəziyyəti ağırlaşan Xalq artisti Arif Babayevdən xəbər var.

Xanəndənin oğlu Yaşar Babayev Bizim.Media-ya atasının səhhətindən danışıb.

O bildirib ki, A. Babayevi Bakıya gətirilməsi üçün vəziyyətinin stabilləşməsini gözləyirlər:
 

“Qax Mərkəzi Xəstəxanasının reanimasiyasındadır. İnşallah yaxşı olar. Qaxdadır, gözləyirik, vəziyyəti bir az stabilləşsin, Bakıya aparacağıq. Bir az çətindir, reanimasiyadır. Həkimlər də çalışırlar ki yaxşı olsun”.


Qeyd edək ki, Xalq artisti daha əvvəl insult keçirib, xəstəxanaya yerləşdirilib. O, bir dəfə onurğa sütunundan əməliyyat olunub.

Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin